Bu gün işğal altında olan Qarabağda davam edən döyüşlərdə şəhid olmuş Azərbaycan hərbi qulluqçularının bəzilərinin adları məlum olub.
Unikal.org Virtualaz.org-a istinadən xəbər verir ki, vətənə olan borcunu yerinə yetirərkən şəhid olan hərbçilərimizdən bir neçəsinin adları məlum olub: baş leytenant Bəkir İsmayılov, gizir Fariz Novruzov, əsgərlər İlkin Məmmədov, Rəvan Nurayev.
Həyatını Qarabağımızın azad olunması yolunda fəda etmiş şəhidlərimizə eşq olsun!