Gəncə şəhər sakini elektrovozun altında qalıb.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, şəhər sakini 1959-cu il təvəllüdlü Quliyev Şahin Mayıl oğlu ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Ş. Quliyev dəmir yolu xəttinin kənarında sol qolu kəsilmiş vəziyyətdə aşkarlanıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.