Lənkəranda baş verən yol qəzasında ölənlərin sayı 2-yə, yaralıların isə 3-ə çatıb

Unikal.org-un
apa-ya istinadən verdiyi məlumata görə, Lənkəranın Velədi kəndi ərazisində "Mercedes markalı avtomobil əvvəl Lada Priora, daha sonra isə İran vətəndaşına məxsus yük maşını ilə toqquşub.

Güclü zərbə nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Lənkəran rayon mərkəzi xəstəxanasına yerləşdirilib. Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.

Qəza səbəbindən Ələt-Astara yolunda uzun tıxac yaranıb. Faktla bağlı araşdırma aparılır.

xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx

Lənkəranda ağır yol qəzası baş verib.


Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Ələt-Astara yolunda, Lənkəranın Velədi kəndi ərazisində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində 1 nəfər ölüb, 2-si yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətləri orta-ağır kimi qiymətləndirilir.

Ölən və yaralananların şəxsiyyəti müəyyənləşdirilir.