Gəncədə iki nəfərin bıçaqlanması ilə nəticələnən kütləvi dava olub.

Unikal.org Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Məhsəti qəsəbəsində qeydə alınıb.

Bir neçə nəfərin dalaşması nəticəsində Göygöl rayon sakinləri, 1996-cı il təvəllüdlü Qurbanlı Aqil Eynar oğlu qarın nahiyəsindən və onun həmyaşıdı Hüseynov Vaqif Nizami oğlu qolundan bıçaqlanaraq xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.