Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində vəziyyə stabilləşib.
Unikal.org xəbər verir ki,Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Trend-ə bildirib ki, cəbhə xəttində vəziyyət stabilləşib, atışma hələlik dayanıb.
Qeyd olunub ki, Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində düşmən susdurulub.
Qeyd edək ki, aprelin 2-nə keçən gecə və gün ərzində bütün cəbhə boyu möqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb. Bunun nəticəsində mülki əhali arasında ölən və yaralananlar var.
Döyüşlərdə ermənilərə məxsus 6 ədəd tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edilib, o cümlədən yüzdən çox hərbi qulluqçusu ölüb və yaralanıb.
Düşmənlə döyüşlərdə Silahlı Qüvvələrimizin 12 hərbi qulluqçusu şəhid olub. Erməni mövqelərinə aviasiya zərbələri zamanı əməliyyata cəlb olunan 1 ədəd Mi-24 helikopteri düşmən tərəfindən vurulub və 1 ədəd tank mina partlayışı zamanı sıradan çıxıb.