Bakıda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə "Koroğlu" metrostansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "Toyota Land Cruiser" markalı avtomobil yolu keçən 1980-cı il təvəllüdlü Bayramov Ramil Eynulla oğlunu vurub. Nəticədə o, xəsarət alıb.

Avtomobilin sürücüsü R.Bayramovu xəstəxanaya yerləşdirib. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.