"Əgər ATƏT-in Minsk qrupu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ədalətli, qətiyyətli fəaliyyət göstərib konkret nəticələr verə biləcək addımlar atsaydı, problemin həlli bu günədək uzanmazdı".
Unikal.org xəbər verir ki, bunu ANS-in ABŞ-dakı müxbiri Qənirə Ataşovaya açıqlamasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O, az öncə Azərbaycanın dövlət başçısı İlham Əliyevlə telefonda danışdığını xatırladıb. "Ondan hadisə ilə bağlı məlumat aldım. 12 azərbayacanlı qardaşımız şəhid olub. Ermənistan tərəfdən 100-dən artıq ölü var. Dualar etdik. İnşaAllah bu döyüşlərdə azərbaycanlı qardaşlarımız ən az itki ilə uğur qazanar".
Prezident Minsk qrupunun qətiyyətsiz mövqeyi nəticəsində vəziyyətin bu gün gərgin olduğunu qeyd edib. Dövlət başçısı gərəkli köməkliklər göstərməyə davam ediləcəyini deyib.