Rusiya-Azərbaycan sərhədində - Samur meşəsində baş verən yanğınla əlaqədar Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları gücləndirilimiş iş rejiminə keçib.

Unikal.org xəbər verir ki, Nazirliyin mətbuat xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib ki, Dağıstan tərəfdə, Samur meşəsində baş verən yanğın Azərbaycan ərazisinə keçməyib: "Hazırda yanğının Azərbaycan ərazisinə keçmək təhlükəsi olmasa da, nazirliyin müvafiq qurumları gücləndirilmiş iş rejiminə keçib".

Xatırladaq ki, aprelin 26-da Rusiya-Azərbaycan sərhədində yerləşən Samur meşəsində yanğın başlayıb. Dağıstan Fövqəladə Hallar Nazirliyi böyük yanğının qarşısını almaq üçün hadisə yerinə helikopter göndərib. Olay yerində artıq 50 nəfər və iki ədəd texnika işləyir. Yerli sakinlər də yanğının söndürülməsində yanğınsöndürənlərə kömək edir.