"Bu il aprelindən 1-dən 2-nə keçən gecə Ermənistan tərəfindən təmas xəttində Azərbaycana qarşı yönəldilmiş davamlı top atəşini və mülki əhalini də hədəf alan hücumları qınayırıq".
Unikal.org APA-ya istinadən xəbərinə görə, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Açıqlamada daha sonra qeyd olunub: "Ermənistanı atəşkəs rejiminə əməl etməyə və qarşıdurmaya bir an öncə son verməyə çağırırıq".
Türkiyə XİN Ermənistanın təxminən əsrin dörddə biri qədər müddətdə Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxladığını xatırladıb: "Bu işğala son verilmədiyi və Ermənistan təcavüzkar mövqeyindən əl çəkmədiyi müddətcə oxşar qarşıdurmaların baş verməsi təhlükəsi təəssüf ki mövcuddur. Bu çərçivədə BMT Təhlükəsizlik Şurasının da qərarlarını diqqətə alaraq, Ermənistanın işğala bir an öncə son verməsi ilə bağlı çağırışımızı təkrar edirik.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk Qrupunun bir üzvü olaraq Türkiyə, münaqişəyə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllin tapılması yönündəki səyləri dəstəkləməyə davam edəcək".
Qeyd edək ki, açıqlamada Azərbaycan xalqına şəhid olmuş əsgərlərimizlə bağlı başsağlığı verilib, yaralılara şəfa arzulanıb.

Xatırladaq ki, bu gün Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Azərbaycan prezidenti İlham Əliyevlə cəbhədəki vəziyyəti müzakirə edib, 12 əsgərimizin şəhid olması ilə bağlı başsağlığı verib.
Həmçinin Türkiyənin xarici işlər naziri Mövlud Cavuşoğlu azərbaycanlı həmkarı Elmar Məmmədyarov, Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz və Baş Qərargah rəisi Hulusi Akar isə müdafiə naziri Zakir Həsənovla cəbhədəki son durumu müzakirə ediblər.