Bakıda "Polisə İctimai Dəstək qrupunun üzvünü moped vurub.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Xəzər rayonu, Buzovna qəsəbəsində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Məmməd Fərmanov idarə etdiyi mopedlə yolu keçən "Polisə İctimai Dəstək qrupunun üzvü, 1994-cü il təvəllüdlü Arif Rzayevi vurub.

Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.