Abşeron rayonu, Xırdalan şəhərində yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Abşeron rayonu, Xırdalan şəhərində "Dəmir Bank" ASC-yə məxsus 1 ədəd bankomatın yanar hissələri yanıb.

Bitişik digər bankomat yanğından mühafizə olunub.

Yanğın saat 05:19-da yanğınsöndürənlər tərəfindən söndürülüb.