Böyük Britaniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədr müavini Lord Kilkluni Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində vəziyyətin gərğinləşməsi ilə əlaqədar açıqlama verib.
Unikal.org xəbər verir ki, Avropa Azərbaycan Cəmiyyətindən (TEAS) Trend-ə verilən məlumata görə, millət vəkili bildirib ki, ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ və ətraf rayonların erməni işğalından azad olunması məsələsini həll edə bilməyib: "BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi var ki, onlar Ermənistanı işğal olunmuş Azərbaycan ərazilərindən çıxmağa çağırır və bu qətnamalarin həyata keçirilməsinə məhəl qoyulmayıb. Bunun nəticəsində Ermənistan tərəfindən cəbhə xəttində ciddi gərdinlik yaradılıb və təxribat baş verib. Bu, 1994-cü ildə atəşkəs elan edildikdən sonra baş verən ən böyük zorakılıq halı kimi qiymətləndirilməlidir. Biz bu qətnamələrin icrasına nail olmalı və təcavüzü dayandırmalıyıq."