Tərtər rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, 1964 cü il təvəllüdlü Tofiq Bayramov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və yolun kənarında dayanan Təvəkül Abbasova məxsus "QazEl" markalı yük maşını toqquşub.

Nəticədə T.Bayramov və onun sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.