Aprelin 2-nə keçən gecə cəbhədə erməni təxribatının qarşısını alarkən qəhrəmanlıqla şəhid olan İsgəndərov Nicat Bəhruz oğlu bu gün dəfn olunub.
Unikal.org xəbər verir ki, şəhid doğulduğu Tərtər rayonunda torpağa tapşırılıb. Onun dəfnində Müdafiə Nazirliyinin rəsmi nümayəndələri, qohumları, dostları iştirak ediblər.
Şəhidin qohumlarının dediyinə görə, Nicat İsgəndərov evin tək oğlu olub və hərbi xidməti keçmiş və müqavilə əsasında işləyən hərbçi (MAXE) olub.
Allah rəhmət eləsin!