Lənkəranda 15 yaşlı oğlan yük maşının altında qalaraq ölüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə Liman şəhəri ərazisində baş verib.
Rayonun Ürgə kənd sakini, 1974-cü il təvəllüdlü Əsgərov Söhbət Mirkərim oğlunun idarə etdiyi ZİL markalı yük maşının geriyə hərəkət edərkən 2002-ci il təvəllüdlü Əsgərov Ramal Zaman oğlunu vurub. 15 yaşlı oğlan hadisə yerində keçinib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.
Qeyd edək ki, R. Əsgərov S. Əsgərovun bacısının oğludur.
Faktla bağlı prokurorluqda araşdırma aparılır.