Dağlıq Qarabağdakı separatçı rejimin ordusu Azərbaycanla sülh müzakirələrinə hazır olduğunu bəyan edib.
 
Unikal.org Modern.az-a istinadən verdiyi xəbərə görə, düşmən tərəfi iddia edir ki, müzakirələr qoşunların təmas xəttində əvvəlki mövqelərin bərpası kontekstində ola bilər.
 
Məlumatı Ermənistan KİV-i yayıb.

Bu bəyanatla Qarabağdakı sepratçı rejimin adından Ermənistan Müdafiə Nazirliyinin çıxış etməsi bir daha sübut edir ki, Azərbaycan ordusu düşmənə çox ağır zərbə vurub. Bu həm də o deməkdir ki, Qarabağdakı erməni separatçılarını dəstəkləyən Ermənistan hakimiyyəti bundan sonra döyüşlərin davam edəcəyi təqdirdə itkilərinin daha böyük olacağını anlayıb.