Salyan sakini itkin düşüb.
Unikal.org apa-ya istinadən xəbər verir ki, Alçalı kənd sakini, 1967-ci il təvəllüdlü Məhbubə Məhəmməd qızı Quliyeva ötən gün axşam saatlarında evdən çıxaraq geri qayıtmayıb.
Onun özünü evlərinin yaxınlığından keçən Akkuşa çayına ataraq intihar etdiyi ehtimal edilir. Məlumata görə, çayın yaxınlığından qadına məxsus ayaqqabı tapılıb. Bu isə onun özünü çaya atması ehtimalını gücləndirir.
Hazırda çayda axtarış-xilasetmə tədbirləri həyata keçirilir.