Azərbaycan Müdafiə Nazirliyi ermənilərin yeni mövqelər əldə etmələri barədə yaydıqları məlumatlara münasibət bildirib.
Unikal.org xəbər verir ki, Nazirliyin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı Apa-ya açılamaısnda bildirib ki,bu barədə yayılan məlumatlar yalandır: "Son dəqiqələrə qədər olan məlumata görə, biz heç bir mövqelərimizi itirməmişik və Azərbaycan Silahlı Qüvvələri əməliyyat şəraitinə tam nəzarət edir".
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi təmas xəttində yeni mövqelər əldə etdiklərini açıqlayıb.