Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti IV İslam Oyunları ilə bağlı paytaxtda çəkilən zolaqlarda hərəkətin qadağan olunması ilə bağlı sərəncam verib.

Unikal.org xəbər verir ki, sözügedən sərəncam sabahdan qüvvəyə minir. Belə ki, mayın 5-dən 25-dək operativ nəqliyyat vasitələri (qəza xidməti, polis, yanğınsöndürən və təcili tibbi yardım avtomobilləri) istisna olmaqla, digər nəqliyyat vasitələrinin o zolağa çıxmasına görə İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə uyğun olaraq 40 manat məbləğində cərimə nəzərdə tutulub.