
Bakıda kürəkən qayınanasını döyüb, qaynını bıçaqlayıb.
Unikal.org xəbər verir ki, Suraxanı rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1966-cı il təvəllüdlü Rəfiqə Həsənovanın yaşadığı evə gələn keçmiş kürəkəni, 1985-ci il təvəllüdlü Rövşən Əhədov münaqişə zəminində onu döyüb və oğlu Vitalik Həsənova bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
Hazırda polis hadisəni törədən şəxsin tutulması istiqamətində axtarışları davam etdirir.




































.jpg)
.jpeg)








.jpg)










