Azərbaycan ilə Türkiyə arasında hərbi əməkdaşlıq haqqında sazişə əsasən, mayın 1-dən 5-dək keçirilən hər iki ölkənin Silahlı Qüvvələrinin birgə döyüş atışlı taktiki təlimləri başa çatıb.

Müdafiə Nazirliyindən unikal.org-a verilən məlumata görə, təlimlərdə iştirak etmiş Türkiyə Silahlı Qüvvələrinin şəxsi heyətinin hərbi hava bazalarından birindən təntənəli yola salınması mərasimi keçirilib.