Bakıda 3 yaşlı uşaq naməlum şəraitdə bıçaqlanıb.
Unikal.org "Report"a istinadən xxəbər verir ki, hadisə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Y.Eyvazov küçəsində yerləşən evlərin birində qeydə alınıb.
Belə ki, 2014-cü il təvəllüdlü Cəbrayılov Ümid Samir oğlu bel və kürək nahiyəsindən bıçaqla kəsilmiş-deşilmiş xəsarətlər alıb. O, xəstəxanaya yerləşdirilib. Faktla bağlı Suraxanı Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.