Rusiya Xarici işlər naziri Sergey Lavrov cəbhə xəttində atəşkəs rejiminin pozulması ilə bağlı danışıb.
Unikal.org news.az-a istinadən xəbər verir ki, Lavrov Qarabağ münaqişəsinin hərbi yolla həllinin mümkün olmadığını bildirib:
"ATƏT-in Minsk qrupunun Qarabağla bağlı formatını dəyişmək məqsədəuyğun deyil. Münaqişənin nizama salınması üçün həmsədrlər ən vacib mexanizmdir.
Moskva hesab edir ki, Türkiyə qonşu ölkələrin işlərinə qarışmayacaq, hərçənd ki, Ankara hələlik bu siyasəti davam etdirir".