Bakının Suraxanı rayonu ərazisində iki dost arasında mübahisə birinin digərini küt alətlə vurması ilə nəticələnib.

Unikal.org "Report"a istinadən xəbər verir ki, hadisə Əmircan qəsəbəsinin Nəsirrədin Tusi küçəsində qeydə alınıb.

1982-ci il təvəllüdlü Həşimzadə Azər Əhmədağa oğlunun müxtəlif nahiyələrinə dostu tərəfindən vintaçan vasitəsi ilə kəsilmiş-deşilmiş xəsarətlər yetirilib. O, çoxlu qan itirdiyinə görə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.