Gəncə şəhərində hamilə qadının boğazının kəsilməsi ilə bağlı təfərrüat məlum olub.
Unikal.org report-a istinadən xəbər verir ki, Gəncə şəhər sakini, 1988-ci il təvəllüdlü Ramin Kamil oğlu Qarayev keçmiş həyat yoldaşı, 1983-cü il təvəllüdlü Ülviyyə Əliyevanın boğazını kəsdikdən sonra intihara cəhd edərək özünü bıçaqlayıb. Ü.Əliyeva Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. R.Qarayev isə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Hər iki yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Ü.Əliyevanın qohumları bildirib ki, hadisə qısqanclıq zəmnində baş verib.
Belə ki, R.Qarayev və Ü.Əliyeva ailə qurublar. Lakin övladları olmadığı üçün boşanıblar. Xəstəxanalardan birində tibbi bacısı işləyən Ü.Qarayeva başqa biri ilə ailə həyatı qurub.
Faktla bağlı araşdırmalara başlanılıb.
***10:35
Gəncə şəhərində hamilə qadın bıçaqlanıb.
Unikal.org report-a istinadən xəbər verir ki, hələlik adı məlum olmayan yaralı Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir. Hamilə qadın əməliyyat edilib.
Hadisənin kim tərəfindən törədilməsi və hansı zəmində baş verməsi dəqiqləşdirilir.
Faktla bağlı əlavə məlumat veriləcək.