Sumqayıta doğuş zamanı ana və onun körpəsi ölüb.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər 1 saylı Doğum evində qeydə alınıb.
Belə ki, 1979-cu il təvəllüdlü Əkbərova Gülnarə Təyyar qızı doğum zamanı dünyaya gətirdiyi körpə ilə yanaşı özü də ölüb.

Əkbərovlar ailəsi həkim səhlənkarlığı iddiası ilə aidiyyatı qurumlara şikayət ediblər. Şikayət əsasında ana və körpənin meyiti Məhkəmə Tibbi Ekspertizia və Patoloji Anatomiya Birliyinin Mərkəzi şöbəsinə təhvil verilib.

Hazırda faktla bağlı araşdırma aparılır.