Dağlıq Qarabağ münaqişəsi zonasında təmas xəttindəki vəziyyət ATƏT-in Vyanada keçiriləcək Daimi Şurasının xüsusi iclasında müzakirə olunacaq.
Unikal.org xəbər verir ki, ATƏT-in mətbuat xidmətindən "Report"a verilən məlumata görə, iclas aprelin 5-də Vyana vaxtı ilə saat 16:00-da keçiriləcək.
Xatırladaq ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə ATƏT-in Minsk qrupunun həmsədrləri bu gün Vyanaya gedəcəklər. Sabah isə vasitəçilər Minsk qrupunun ümumi iclasında iştirak edəcəklər.
Daimi Şura ATƏT-in qərarların qəbulu üzrə əsas daimi fəaliyyət göstərən orqanıdır. Şura hər həftə, adətən, cümə axşamları Vyanada bir araya gəlir və müvafiq qərarlar qəbul etmək üçün ATƏT məkanında mövcud vəziyyəti müzakirə edir.