Qusar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Unikal.org report.az-a istinadən xəbər verir ki, hadisə Köhnə Xudat kəndi ərazisində qeydə alınıb.
Belə ki, Köhnə Xudat kəndindən İmamqulukənd kəndi istiqamətində hərəkət edən "VAZ-2115" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb və dərəyə aşıb.
Hadisə nəticəsində avtomobildəki sərnişin, Qusarın Gədəzeyxur kəndinin 38 yaşlı sakini Yaşar Zöhrabbəy oğlu Haqverdiyev ağır xəsarət alıb. O, Qusar Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlər Y.Haqverdiyevin həyatını xilas edə bilməyiblər.
Faktla bağlı araşdırma aparılır.