Abşeron rayonunun Xırdalan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  1974-cü il təvəllüdlü Məmmədov Zakir Sahib oğlu dostları ilə kafedə əyləşərkən dava edib.

Nəticədə S.Əliyev bıçaqlanıb və xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Abşeron Rayon Polis İdarəsində araşdırma aparılır.