Qubada 4 yaşlı uşağın meyitini tapan şəxs saxlanılıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki,  Qubanın Çılğır kənd sakini,1990-cı il təvəllüdlü Məlikov Xəyyam Yarəhməd oğlu uşağın meyitini tapıb ailəsinə verdikdən bir neçə saat sonra saxlanılıb. Faktı Çılğır kənd bələdiyyəsinin sədri Cahangir Məmmədov da təsdiqləyib.

Quba rayon Prokurorluğu saxlanılan şəxslə bağlı açıqlama verməkdən imtina edib.

Qeyd edək ki, Qubanın Bərqov kənd sakini, 2013-cü il təvəllüdlü Mustafayev Fuad Həbib oğlunun meyiti evlərinin yaxınlığında tapılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

11:56

Quba rayonunun Bərqov kəndində meyiti tapılan 4 yaşlı Fuad Mustafayevin baş nahiyəsində - alnında xəsarətlər olub.

Unikal.org xəbər verir ki, Məhkəmə Tibb Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba şöbəsinin müdiri Çingiz İskəndərov "Report"a bildirib ki, ekspertizanın rəyindən sonra uşağın ölüm səbəbi (yıxılıb və ya qəsdən öldürülüb) məlum olacaq.

Bərqov kənd sakinlərinin sözlərinə görə, Fuad Mustafayevin meyiti yaşadığı evin hasarının dibində tapılıb.