Rusiyada ermənilər soydaşlarımıza qarşı təxribatyönümlü əməllərindən əl çəkmirlər.
Unikal.org diaspor.az -a istinadən xəbər verir ki, Sankt Peterburq şəhərində həmyerlimiz Hüseynov Əfsun adlı diaspor fəalına qarşı 20 dən çox erməni tərəfindən hücum olub.
Hüseynov Əfsun ermənilər tərəfindən vəhşicəsinə döyülüb. O, aldığı xəsarətdən şəhər xəstəxanasına yerləşdirilib.
Hadisə yerinə çoxlu sayda hüquq mühafizə orqanlarının əməkdaşları cəlb edilsə də, ermənilərdən saxlanılan olmayıb. Polis tərəfindən iki həmyerlimiz polis maşınına məcburi mindirilib və döyülərək polis bölməsinə aparılıblar.
Azərbaycanın Sankt Peterburqdakı Konsulluğu və diasporası məsələyə vaxtında müdaxilə edib və günahsız yerə saxlanılan həmyerlilərimiz sərbəst buraxılıblarlar. Ermənilərdən ibarət cinayətkar dəstə üzvləri hələ də azadlıqdadırlar.