Aprelin 3-də qoşunların təmas xəttində ermənilərin hücumunun qarşısını alarkən şəhid olan Azərbaycan ordusunun əsgəri, 20 yaşlı Fərahim Nadir oğlu Novruzov bu gün doğulduğu Biləsuvar rayonunun Səmədabad kəndində dəfn olunub.
Unikal.org xəbər verir ki, APA-nın cənub bürosunun məlumatına görə, dəfn mərasimində şəhidin xidmət etdiyi hərbi hissənin zabit və əsgərləri, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, o cümlədən yerli ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Yaylım atəşi açıldıqdan sonra şəhid əsgər torpağa tapşırılıb.
F. Novruzovun tabutuna çəkilmiş Azərbaycanın üçrəngli bayrağı onun atasına təqdim olunub.