Bu gün mətbuatda Azərbaycan ağır atletika üzrə qadınlardan ibarət yığmamızın üzvü Xumar Məmmədova ilə bağlı şok iddia yayılıb. Bildirilir ki, Məmmədova 8 aylıq hamilə olduğu üçün İslam Oyunları öncəsi komandadan kənarlaşdırılıb.

Həmçinin xanım atletin şəxsi məşqçisi Kərim Kərimlidən hamilə olduğu deyilir.

Unikal.org xəbər  verir ki, qafqazinfo-ya açıqlama verən Kərim Kərimli sonuncu iddia ilə razılaşmayıb. O, məsələyə belə münasibət bildirib:

"Mənim adımın burada hallanması şərəfsizlikdir, ləyaqətsizlikdir. Bu məsələnin şişirdilməsini istəmirəm. Amma qızın hamilə olduğu düzdür. Lakin bu, çoxdan baş verib və o, komandadan uzaqlaşdırılıb. Sadəcə ağır çəkidə idmançıların tapılmasında çətinlik yarandığı üçün onu komandaya götürmüşdük. Sonra hamilə oldu, uzaqlaşdırdıq. Amma bu məsələdə mənim adımı hallandıranlar İslam Oyunları öncəsi problem yaratmaq niyyətindədirlər.