Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Azərbaycana dəstəyini ifadə edib.
Unikal.org-un məlumatına görə, Ərdoğan dəyan edib ki, Türkiyə daima Azərbaycanı dəstəkləyəcək.
Azərbaycanın Türkiyə üçün qardaş ölkə olduğunu deyən prezident azərbaycanlı qaçqınların tez, ya gec öz əzəli doğma torpaqlarına qayıdacaqlarına əminliyini bildirib.
Aprelin 2-nə keçən gecə cəbhə xəttində döyüşlər başlayan gün Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng vuraraq sonuna qədər dəstək olacaqlarını bəyan etmişdi."Mən qardaşım İlham Əliyevlə əlaqə saxladım. Başsağlığı verdim, o zaman döyüşlər hələ davam edirdi. Əgər erməni tərəfi atəşkəs elan edərsə və hərbi əməliyyatları dayandırarsa, Azərbaycan da atəşkəsə hazırdır. Vəziyyət əslində belədir", - deyə, Ərdoğan bildirmişdi.
Aprelin 2-ə keçən gecə və gün ərzində bütün cəbhə boyu mövqelərimiz və yaşayış məntəqələrimiz düşmən tərəfindən intensiv atəşə məruz qalıb.
Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.