Lənkəran şəhərində bıçaqlanma hadisəsi baş verib.
Unikal.org report-a istinadən xəbər verir ki, insident şəhərin Ağaməmmədli, 13 ünvanında qeydə alınıb.
Ailə münaqişəsi zəminində 1973-cü il təvəllüdlü Süleymanov Kamil Balahüseyn oğlu həyat yoldaşı Hüseynova Pərvanə Şahvələd qızını bıçaqlayıb. İki bıçaq yarası alan qadın əri tərəfindən xəstəxanaya çatdırılıb. Bıçaq zərbəsi dərinə işlədiyindən yaralı təcili əməliyyat olunub.
Hadisə baş verən zaman cütlüyün 3 övladı da evdə olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.