Bakı şəhərinin Xətai rayonunda intihar edən SOCAR-ın mühəndisi Elgün Əsədovla bağlı bəzi məqamlar ortaya çıxıb.

E.Əsədov əməkdar artist, aktyor Bəhram Bağırzadə ilə körpəsinin fotosunu paylaşıb. Foto istifadəçilər tərəfindən maraqla qarşılanıb. Bəzi izləyiciləri intihar edən Elgünün B.Bağırzadə qohumluq və ya yaxınlıq əlaqələrinin olduğunu vurğulayıb.

Unikal.org xəbər verir ki, Sonxeber.az məsələ ilə bağlı B.Bağırzadə ilə əlaqə saxlayıb. B.Bağırzadə Sonxeber.az-a bunları deyib:

"Həmin şəxsi tanımıram. Mən məşhur adamam gün ərzində mənə 200 nəfər şəxs yaxınlaşıb şəkil çəkdirmək istəyir. Hər şəkil çəkdirən şəxsi tanıya bilmərəm ki? Hadisədən xəbərim yoxdur. ALLAH ona rəhmət eləsin. O dünyasını versin!".

Qeyd edək ki, E Əsədov yaşadığı mənzildə bacısı ilə olarkən qəfil pəncərəyə tərəf gedib və özünü atıb.
Telnov küçəsindəki çoxmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü atan 30 yaşlı Elgün Əsədov SOCAR-ın mühəndisi olub. O, ailəli, 1 uşaq atası olub.

Bildirilir ki, Pirallahı rayonunda qeydiyyatda olan E.Əsədov bir müddət əvvəl Xətai rayonunda 16-cı mərtəbədə mənzil alıb və ailəsi ilə burada yaşayıb. Hadisə vaxtı isə onun ailəsi rayonda olub.
30 yaşlı E.Əsədovun bacısı deyib ki, qışqırıq səsi eşidib və eyvana doğru qaçıb. Bu zaman dəhşətli hadisənin şahidi olub.

Maraqlıdır ki, E.Əsədov intihar etməzdən əvvəl feysbuk səhifəsində ölüm anonsu verib. Onun statusunu və bəzi fotolarını təqdim edirik.