Biləcəri-Xıradalan-Sumqayıt dəmir yolu marşrutu ilə sərnişinlər ödənişsiz daşınacaq.
 
"Azərbaycan Dəmir Yolları QSC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumatda bildirilir: 
 
"12 və 22 may 2017-ci il tarixlərində IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimləri başa çatandan sonra, "Koroğlu-Bakı sərnişin stansiyası marşrutu üzrə işləyən "KİSS markalı ikimərtəbəli elektrik qatarlarından istifadə edən sərnişinlərin Biləcəri-Xırdalan-Sumqayıt istiqamətində ödənişsiz daşınması təmin ediləcək".