Şəmkir rayonunda məhkəmə zalından qaçan dustaq tutulub.
Unikal.org report-a istinadən xəbər verir ki, bu barədə Şəmkir Rayon Polis Şöbəsindən məlumat verlib.
Bildirilib ki, Eşqin Murtuzov rayonun Seyfəli kəndinin ərazisində saxlanılıb. Həmin şəxs məhkəməyə təhvil verilib.
Qeyd edək ki, qəsdən adam öldürməkdə və digər cinayətlərdə təqsirləndirilən Eşqin Murtuzov mükakimə zamanı Şəmkir Rayon Məhkəməsinin zalının pəncərəsindən çıxaraq qaçmışdı.
Xatırladaq ki, Şəmkir rayonu, Seyfəli kənd sakini, 1996-cı il təvəllüdlü E.Murtuzov bu ilin yanvarın 17-də həbs olunub. O, Şəmkir rayonunun Seyfəli kəndi ərazisində Gəncə şəhər sakini, 1958-ci il təvəllüdlü sürücü Namiq Əli oğlu Babayevi bıçaqlayaraq ona məxsus avtomobili qaçırıb. Namiq Babayev hadisədən iki gün sonra yerləşdirildiyi xəstəxanada ölüb.
E.Murtuzov Gürcüstana keçmək istəyərkən "Sınıq Körpü" sərhəd-buraxılış məntəqəsində saxlanılıb.
Qaçırılan "VAZ-2107" markalı avtomobil Şəmkir rayonu Seyfəli kənd sakini, maşın ustası Kamal Kərimovda aşkarlanıb. Polisə ifadə verən K.Kərimov isə maşını həmkəndlisi E.Murtuzovdan aldığını bildirib.