IV İslam Həmrəyliyi Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycan RespubÂlikasının beynəlxalq nüfuzunun, inkişaf səviyyəsinin, xüsusilə iqtisadi imkanlarının göstəricisidir. Bu mötəbər oyunların keçirilməsi Azərbaycan Respublikasının Prezidenti, Silahlı QüvÂvəÂlərin Ali Baş Komandanı cənab İlham Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı, AzərbayÂcanda Olimpiya hərəkatına verdiyi dəstək sayəsində mümkün olub.
Unikal.org xəbər verir ki, Dövlət Sərhəd Xidməti də ölkəmizin idman həyatında yaxından iştirak edir. 2009-cu ilin avqust ayının 31-də açılış mərasimində Azərbaycan RespubÂlikasının Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi ən yuksək standartlara cavab verən "Sərhədçi İdman Olimpiya Mərkəzinin istifadəyə verilməsi Respublikamızda, o cümlədən Dövlət Sərhəd Xidmətində idmanın inkişafına yeni bir təkan olub.
Ölkəmizdə böyük təntənə ilə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında idmançılarımızın qazandıqları qələbələrə bütün xalqımız kimi, Azərbaycan Respublikasının dövlət sərhədlərini mühafizə edən qəhrəman sərhədçilər də ürəkdən sevinirlər. Bu günlərdə sərhəd təhlükəsizliyinin təmin olunmasının nə qədər əhəmiyyətli olduğunu dərk edən sərhədçilərimiz ikiqat məsuliyyətlə xidmət apaÂrır, sərhədlərimizdə sabitliyin və əmin-amanlığın keşiyində ayıq-sayıq dayanırlar. Xüsusilə sərhədçi idmançıların uğurlu çıxışı bütün sərhədçiləri ruhlandırır, onların mənəvi-psixoloji vəziyyətinə müsbət təsir göstərir.
Ölkə idmanına daima öz layiqli töhfələrini verən sərhədçi idmançılar IV İslam Həmrəyliyi Oyunlarına da qələbələrlə başlamışlar. Azərbaycan yığma komanÂdasının tərkibində oyunlara qatılan "Sərhədçi idman klubunun üzvləri artıq 3 qızıl medal qazanıblar. Belə ki, mayın 13-də cüdo yarışlarında 66 kiloqramda çıxış edən baş leytenant Nicat Şıxəlizadə Əlcəzair idmançısı Houd Zourdani üzərində təmiz qələbə qazanaraq IV İslam Həmrəyliyi Oyunlarının qalibi olmuşdur. Karate yarışlarında 61 kiloqramda mübarizə aparan leytenant Fəridə Abıyeva finalda İran idmançısı Rozita Əlipurkaşkalesadiyə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. 70 kiloqramda yarışan paracüdoçumuz gizir Ramilə Kaştayeva digər idmançımız Turanə Ağayeva üzərində qələbə qazanaraq Azərbaycan yığmasına növbəti qızıl medalı qazandırıb.
"Sərhədçi idman klubunun oyunlarda iştirak edən digər üzvlərindən də parlaq qələbə xəbərləri gözləyirik.