Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Unikal.org DGK-nin mətbuat xidmətinə istinadən xəbər verir ki, şəxsi yoxlama zamanı vətəndaşın daxili orqanında (mədəsində) 25 büküm olmaqla, ümumi xalis çəkisi 125,573 qram təşkil edən narkotik vasitə - heroin aşkar edilib.