Bakıda bir neçə yolda sürət həddi azaldılıb.

Unikal.org BNA-ya istinadən xəbər verir ki, hazırda paytaxtda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar iki əsas avtomagistralda - Heydər Əliyev prospekti-Hava limanı və Zığ Dairəsi-Hava Limanı yolunda hər iki istiqamətdə bütün zolaqlar üzrə sürət həddi 20 km/ saat endirilib.

Məqsəd, yolda hərəkətin təhlükəsizliyini təmin etməkdir.