Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın "LifeNews" kanalının jurnalistlərinin ölkədən çıxarılması məsələsinə münasibət bildirib.
 
Unikal.org xəbər verir ki, Nazirliyin mətbuat katibi Hikmət Hacıyevin APA-ya verdiyi məlumata görə, onlar həqiqətən Azərbaycandan çıxarılırlar.
 
O qeyd edib ki, "LifeNews" Azərbaycan ərazisində akkreditasiya olunmadan işləyib: "Onlar cəbhə xəttində baş verən hadisələrlə bağlı verdikləri materiallarda hadisələri təhrif edib, qeyri-obyektiv informasiya təqdim ediblər. Azərbaycan tərəfi onlara xoş niyyətlərini ifadə etsə də, jurnalsitlər öz təxribatçı fəaliyyətlərini davam etdiriblər".
 
Hikmət Hacıyevin sözlərinə görə, bunar nəzərə alınaraq, onların ölkədə olması məqsədəuyğun sayılmayıb.