"Dağlıq Qarabağdakı təmas xəttində Ermənistanın hücumu ilə başlayan qarşıdurmanı yaxından izləyirik".
 
Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, bu sözləri Türkiyə baş naziriƏhməd Davudoğlu Ədalət və İnkişaf Partiyasının (AKP) həftəlik qrup toplantısında çıxışı zamanı deyib. O, partiya adından bu hücumların pislədiyini bildirib: "Həyatını itirən Azərbaycan şəhidlərinə Allahdan rəhmət diləyirəm. Azərbaycanlı qardaşlarıma başsağlığı verirəm. Türkiyə Ermənistan hücumlarına qarşı can Azərbaycanla çiyin-çiyinə durmaqda davam edəcək".