Azərbaycan müdafiə nazirinin "Xankəndini vuracağıq" xəbərdarlığından dərhal sonra işğal olunmuş ərazilərdəki əhalini Xankəndində yerləşdirirlər.

Atəş altında qalan bir neçə kənddən uşaqlar, qadınlar və qocalar çıxarılıb. Onları Stepanakertdə yerləşdiriblər. Bir çoxları hərbi əməliyyatlar dayanana qədər qohumlarında qalacaqlar. Stepanakertdə qohumları olmayanlar isə yataqxanalara yerləşdirilib".

Unikal.org-un Sputnik-in məlumatına görə, bu barədə Sputnik Ermənistan məlumat yayıb. Məlumatda bildirilir ki, Xankəndinə evakuasiya edilən əhali özü ilə yalnız isti geyim, ərzaq və sənədlərini götürür.

Yerli sakinlərdən birinin Sputnik Ermənistanın əməkdaşına bildirdiyinə görə, Xankəndində ümid edirlər ki, Azərbaycan bu şəhəri vurmayacaq.

Şəhər rəhbərliyi təhsil müəssisələrini məktəbliləri məktəblərdəki təhlükəsiz yerlər barədə xəbərdar etməyə və fövqəladə hal baş verdiyi təqdirdə uşaqların təhlükəsizliyini təmin etməyə çağırıb.