Qaxda 79 yaşlı kişi intihar edib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Çinarlı kəndində baş verib.
Çinarlı kənd sakini, 1938-ci il təvəllüdlü Nəzirməmməd Mehdi oğlu Abdullayevin meyiti yaxınları tərəfindən yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsindən asılı vəziyyətdə aşkar edilib.
Araşdırma zamanı 79 yaşlı N. Abdullayevin intihar etdiyi məlum olub. Məlumatda bildirilir ki, gözdən əlil olan N. Abdullayev son zamanlar onkoloji xəstəlikdən əziyyət çəkirdi. Bu səbəbdən N. Abdullayev əvvəllər də bir neçə dəfə intihara cəhd edib.
Faktla bağlı Qax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma ) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.