Gəncə şəhər sakini bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Unikal.org apa-ya istinadən xəbər verir ki, şəhər sakini, 1984-cü il təvəllüdlü Zaur Məmmədov bıçaq xəsarətləri ilə polislər tərəfindən xəstəxanaya gətirilib. Əməliyyat olunan Z. Məmmədovun vəziyyəti orta ağır qiymətləndirilir.
Onun hansı şəraitdə bıçaq xəsarətləri aldığı məlum deyil.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.