Qubada çayda kişi meyiti tapılıb.

Unikal.org-un APA-ya istinadən məlumata görə, 45-50 yaşlarında naməlum kişi meyiti Qudyalçayın şəhər ərazisindən keçən hissəsində aşkar edilib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Meyit sudan çıxarılaraq ekspertizadan keçirilməsi üçün Quba Mərkəzi Rayon Xəstəxanasının morquna aparılıb.

Fakt araşdırılır.