Bakıda 26 yaşlı gənci güllələməkdə təqsirli bilinən şəxs saxlanılıb.
 
Unikal.org xəbər verir ki, Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, gecə saatlarında aralarında yaranmış münaqişə zəminində Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov" avtomatından atəş açan Babayev Ədalət Sabir oğlu polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Atəş nəticəsində güllə yarası alaraq xəstəxanaya yerləşdirilən E. Dadaşovun müalicəsi davam etdirilir.
Araşdırma aparılır.

Qeyd edək ki, Bakıda güllələnmə hadisəsi baş verib. Mayın 19-da axşam saatlarında 1991-ci il təvəllüdlü Dadaşov Elnur Etibar oğluna "Kalaşnikov avtomatından atəş açılıb. Güllə 26 yaşlı gəncin bədəninin sol tərəfindən dəyib, 5,45 kalibrli güllə onun daxili orqanlarını zədələyib. Elnur Dadaşov qohumları tərəfindən 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb, əməliyyat olunub.
 
Yaralının qohumları bildiriblər ki, Elnur Dadaşova naməlum avtomobildə olan şəxslər tərəfindən atəş açılıb. Lakin onlar qanlı hadisənin motivi barədə məlumatsız olduqlarını bildiriblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırmalara başlanılıb. 26 yaşlı Elnur Dadaşovun hansı səbəbdən və kim tərəfindən güllələndiyi dəqiqləşdirilir.