Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmovun oğlunu səfir təyin etdi.
Unikal.org xəbər verir ki, ölkə başçısı bu barədə Sərəncam imzalayıb. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alıram: Anar Abel oğlu Məhərrəmov Azərbaycan Respublikasının İspaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilsin.
İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 aprel 2016-cı il.