NATO-nun Avropa Müttəfiq Qüvvələr komandanı general Filipp Breedlove alyansın Rusiya təhlükəsinə qarşı Şərqi Avropa və Baltik ölkələrindəki hərbi varlığını artırmasının lazım olduğunu söyləyib.
 
Unikal.org Modern.az-a istinadən bildirir ki, Estoniyanın ERR televiziyasına danışan amerikalı general Rusiya prezidenti Vladimir Putinin güclü bir orduya sahib olduğunu təsdiq edib.

Rus əsgərinin Suriya və Ukraynanın şərqində özünü göstərdiyini qeyd edən Breedlove deyib: "Putin son beş ildə orduya çox böyük sərmayə qoyub. Rusiyanın raket qabiliyyəti də çox güclüdür. Gəmi və sualtı gəmiləri raketlərlə təchiz edilib".

NATO-nun Rusiyanın hərbi potensialını tormozlamaq lazım olduğunu vurğulayan Breedlove əlavə edib: "NATO qüvvələri Şərqi Avropa və Baltik ölkələrinə yerləşdirilməlidir. Putin sərhədin qarşı tərəfinə baxsa bir ölkə deyil, NATO-nu görəcək. Əgər sərhədi keçərsə, bir ölkəylə deyil, NATO ilə üz-üzə gələcək".

Breedlove NATO-nun Rusiyanın hərəkətlərini ciddi şəkildə izlənilməsi lazım olduğunu da vurğulayıb.